Deputat yol polisindən hesabat istədi – 14 yaşlı uşaq maşını necə sürüb?

Deputat yol polisindən hesabat istədi – 14 yaşlı uşaq maşını necə sürüb?

Qənirə Paşayeva: "24 yaşlı gənc ananın ölümündə günahkar atadır"

 

Milli Məclisin deputatı Qənirə Paşayeva Bakıda 14 yaşlı uşağın 200 min manat dəyəri olan "Porcshe" markalı avtomobillə 24 yaşlı gəlini vurub öldürməsinə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, deputat özünün feysbook profilində bunları yazıb: "Bir az öncə çox bahalı avtovobillə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və s. Həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə "ata-analar öz övladlarını necə bədbəxt edirlər" deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. İlk öncə 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır 24 yaşlı gənc ananın ölümündə günahkar. Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə suçlu olan.

Bu uşağın şəhərdə sənədsiz necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa hansı addımlardır ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək.

Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təssüf, qınaq və hiddət hissi ilə... Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsun. Onsuz da sizin pulunuz Allah nəsiib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tədbiyəsinə... Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksi, nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcəklər. Amma bu cinayət cəzasız qala bilməz və qalmamalıdır. Zəngin insanlar bu hadisəyə, insanların haqlı hiddətinə, qəzəbinə, etirazına diqqətlə yanaşmalı və ders almalıdırlar. Müvafiq qurumlar da ciddi tədbirler görməlidirlər. Qanunlar qarşısında hamı eyni olmalıdır. "Porşe" avtomobili də, onun sahibi də qanun və qaydalardan üstün deyil və olmamalıdır".

Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur".

 


 



OXŞAR XƏBƏRLƏR

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...