Deputat: \"SOCAR-ın rentabelli olmayan sahələrində optimallaşdırma aparıla bilər\"

Deputat: \
 

Dünyada yaşanan iqtisadi böhran bir çox şirkətlərin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Hətta dünyanın nəhəng şirkətləri xərclərini azaldacaqlarını və işçilərini ixtisar edəcəklərini bildiriblər. Belə ki, martın ortalarında ən iri neft şirkətlərindən olan "Exxon Mobil" və "Royal Dutch Shell" xərclərini 50 mlrd. ABŞ dollarına yaxın azaldacaqlarını bəyan etdi. ABŞ-ın "Chevron" neft şirkəti hazırda davam edən restrukturizasiya çərçivəsində işçilərinin 10-15%-ni ixtisar edəcəyini də elan edib.

Nüfuzlu konsaltinq şirkəti olan "Rystad Energy"nin proqnozuna əsasən, neft sektorunda çalışanların 21%-i və ya milyondan çox işçi ixtisar olunacaq. Dünyanın ən iri neft-servis şirkətləri olan "Schlumberger" və "Halliburton" ixtisarlarla bağlı planlarını açıqladı. "Halliburton" bu ilin əvvəlindən dünya üzrə bütün bölmələrində çalışan 5 mindən çox işçisi ilə yolları ayırıb.

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ixtisarlar həyata keçirə bilərmi?

 

"APA-Economics"in məlumatına görə, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi neft hasil edən şirkətlərin maliyyə-iqtisadi vəziyyətinə mənfi təsir göstərib.

"Neft istehsal olunan sahələrdə çoxlu saydaişçi çalışır, əməkhaqqı alır, onların maddi vəziyyəti təmin olunur. Neftin qiymətinin aşağı düşməsi o işçilərin əməkhaqlarının ödənilməsində müəyyən çətinliklər yarada bilər. Amma dövlətimizhəmişə sosial-siyasəti hər şeydən üstün tutur və vətəndaşların rifahının yaxşılaşması istiqamətində işlər görülməsinə çalışır. Həm neftin qiymətinin aşağı düşməsi, həm pandemiyanın dünyanın gündəmini zəbt etməsi bizi bir çox problemlərlə üzləşdirir. O cümlədən iş yerlərinin ixtisar olunması, işçilərin işdə azad olunması və digər məsələlər. Dövlət başçısı qeyd edir ki, pandemiya dövründə hər sahədəiş yerləri saxlanılmalıdır və saxlanılması istiqamətdə həm özəl, həm də dövlət sektoruna öz tövsiyəsini verib.

Düşünürəm ki, SOCAR-da da nə qədər optimallaşdırma olsa da iş yerlərinin azaldılması istiqamətində siyasət hələ ki, gündəmdə deyil", - deyə deputat qeyd edib.

Bununla belə o bildirib ki, neftin qiyməti nə qədər ki aşağıdır bu, müəyyən qədər düşündürməyə əsas verir: "Bu günlərdə SOCAR prezidentinin bir sərəncamı var idi. Orada SOCAR-da çalışan mütəxəssislərə verilən əlavə ödənişlərin, yəni peşəkarlığa görə verilən ödənişlərin 50% azaldılması nəzərdə tutulurdu. Bu da SOCAR-ın gəlirlərinin azalması ilə birbaşa bağlı məsələdir. Şirkətin gəlirləri azaldıqca, əlavə ödənişlər azaldılacaq. SOCAR-ın rentabelli olmayan sahələri var. Bu sahələrdə optimallaşdırma aparılıb, onların fəaliyyəti müvəqqəti dayandırılaraq orada çalışanlar digər sahələrə istiqamətləndirilə bilər".


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...