Deputat sərxoş vəziyyətdə polisi döyüb?

Deputat sərxoş vəziyyətdə polisi döyüb?
Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

Sfera.az Bakupost-a istinadən xəbər verir ki, hadisə dünən Nabranda baş verib.

Məlumata görə, deputat istirahət mərkəzlərinin birində sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır. Deputatın ailə üzvləri isə polisin evinə gedərək ondan məsələni böyütməməyi xahiş ediblər.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmayıb. DİN Mətbuat Xidmətindən isə bildirilib ki, bu barədə onlara məlumat daxil olmayıb.


OXŞAR XƏBƏRLƏR