Dünya

Deputat sendviç oğurladığına görə istefa verdi

Deputat sendviç oğurladığına görə istefa verdi
Sloveniyada deputat Dariy Krayçiç mağazadan sendviç oğurladığına görə istefa verib.

Hadisə barədə deputat özü parlamentdə iclas zamanı danışıb. Krayçiçin sözlərinə görə, mağazada olarkən 3 dəqiqə kassa qarşısında gözləyib, lakin söhbət edən satıcılar ona fikir verməyiblər. O, bu zaman qərara gəlib ki, mağazada mühafizəçilərin diqqətli olub-olmadığını yoxlasın və pulu ödəməyərək çıxıb.

Millət vəkili olayı parlamentdə danışan zaman həmkarları gülsə də, "Maryan Şareçin Siyahısı” fraksiyasının rəhbəri Brane Qolubiç onun geri qayıdaraq pulu ödəməli olduğunu söyləyib. Fraksiya rəhbəri ilə söhbətdən sonra Dariy Krayçiç istefa vermək qərarına gəlib. O, öz əməlinə görə üzr istəyərək sosial eksperimentinə görə təəssüfləndiyini bildirib."Qafqazinfo”

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30