Deputat: "Prezident İlham Əliyev jurnalistlərə həmişə xüsusi qayğı ilə yanaşıb"

Deputat: "Prezident İlham Əliyev jurnalistlərə həmişə xüsusi qayğı ilə yanaşıb"

Bu gün Azərbaycanda demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi dövlətin həqiqətən də əsas prioritet məqsədlərindən biridir. Bunu Trend-ə millət vəkli Xanhüseyn Kazımlı Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktının ölkədə söz və məlumat azadlığına təhdid kimi qiymətləndirilməsi, KİV azadlığı prinsipinin pozulmasının dövlətin maraqlarına zidd olması barədə söylədiyi fikrə münasibət bildirirərkən deyib.

X.Kazımlı bildirib ki, artıq hüquq-mühafizə orqanları bu faktla bağlı araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində günahkarların öz layiqli cəzasını alacaqlarına inandığını deyən deputatın sözlərinə görə, Prezident İlham Əliyev jurnalistlərə həmişə xüsusi qayğı ilə yanaşıb.

X.Kazımlı qeyd edib ki, bu il Azərbaycanda Milli Mətbuat Gününün 140 illiyinin dövlət səviyyəsində keçirilməsi, bir çox jurnalistlərin mükafatlandırılması Azərbaycan Prezidentinin KİV-ə xüsusi qayğı göstərməsini bir daha sübut edir: "Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostu elan edilib. Həqiqətən də Prezident İlham Əliyev jurnalistlərin dostudur. Prezident bu gün jrunalistlərə münbit şəraitin yaradılması üçün dövlətdən nə asılıdırsa, hamısını edib və yenə də edir".

Qeyd edək ki, avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyev döyülüb və aldığı fiziki xəsarətlər nəticəsində dünən yerləşdiyi Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.


OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...