Cəmİyyət

Deputat qida təhlükəsizliyini nələrlə müqayisə etdi? – BAXIŞ

Deputat qida təhlükəsizliyini nələrlə müqayisə etdi? – BAXIŞ
Eldəniz Səlimov: Qida təhlükəsizliyi ərzaq, milli təhlükəsizlik məsələlələri kimi önəmli və məsuliyyətli bir məsələdir

Ölkə prezidenti cənab İlham Əliyevin bugünlərdə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalaması çox mühüm və əhəmiyyətli bir addımdır.

Çünki qida təhlükəsizliyi ərzaq təhlükəsizliyinin çox mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də insanların sağlam həyat yaşamının təmin edilməsi baxımından olduqca önəmli və məsuliyyətli bir məsələdir.

Bu gün dünyada, ərtafımızda yaşanan hadisələr, dağıdıcı proseslər, hərbi, siyasi, iqtisadi kataklizmlər və sair və ilaxır bunlar hamısı həm ərzaq təhlükəsizliyi, həm qida təhlükəsizliyi məsələsini bəlkə də torpaq, ərazi, suverenlik məsələsi kimi bir nömrəli məsələ, bir nömrəli prioritet kimi şərtləndirir, önə çıxarır. Dövlətin, suverenliyin, müstəqilliyinin təmin edilməsi şərtləri sırasında ərzaq və qida təhlükəsizliyi məsələsi də öndə dayanır.

Bu baxımdan, həm 10 fevral 2017-ci il tarxində ölkə prezidentinin sərəncamına əsasən kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaradılması, həm də bu ilin aprel ayının 29-da "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamın imzalaması vacib,  hər birimizin ürəyindən xəbər verən bir məsələdir.

Bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin qeyd etdiyinə görə, məlum son sərəncamda bir daha Dövlət Proqramının təsdiqlənməsinin ən vacibi məqamı kimi ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması önə çəkilir.

"Sərəncamda həmçinin, Qida Təhlükəsizliyi Agentliyinə bu sərəncamla təsdiq edilən Dövlət Proqramında əksini tapmşı tədbirlərin icrasını əlaqələndirməsi,  həmin Dövlət Proqramında qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etməsi, o cümlədən, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə ölkə prezidentinə məlumat verməsi tapşırılıb.

Eyni zamanda, qeyd olunur ki, bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər.

Hesab edirəm ki, qeyd edilən məqamlar da hər biri vaxtında və zamanında yerinə yetiriləcək. Çünki artıq 2 idən çoxdur ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir və bu qısa müddət ərzində də öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək istiqamətində bir sıra önəmli, vacib addımlar atıb. Artıq bu qurumun fəaliyyəti cəmiyyətdə, həyatımızda hiss olunmaqdadır.


Düzdür, bəzən bu quruma yönəlik də bəzi iddialar, ittihamlar səsləndirilir, amma hesab edirəm və reallıq da onu göstərir ki, bunlar çox zaman həqiqətə söykənmir, subyektivləyə əsaslanır. Təbii ki, iş, fəaliyyət olan yerdə müəyyən çətinliklər, çatışmazlıqlar da olur və olacaq, amma bütün bunlarla belə, bu qurumun fəaliyyəti ortadadır və qənaətbəxşdir.

Belə olan təqdirdə də, məlum sərəncamın icrası yönündə qarşılıqlı addımların atılması ilə həm adıçəkilən qurumun fəaliyyəti daha da sürətləşmiş, güclənmiş olacaq, həm də ölkənin qida təhlükəsizliyinin təmin edilməsində tezliklə daha ciddi və müsbət addımların şahidi olacağıq.

Çünki bir daha qeyd edirəm ki, qida təhlükəsizliyi ərzaq təhlükəsizliyi, milli təhlükəsizlik məsələləri qədər önəmli və məsuliyyətli bir məsələdir və hər bir kəs də bu məsələdə öz məsuliyyətini hissi edərək, ona uyğun davranışlar sərgiləməlidir”-deyə, E. Səlimov sözlərinə əlavə edib.Etikxeber.az

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031