Deputat: Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər

Deputat: Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər
 

Qarabağ qaziləri mənə bildirdilər ki, bəzi siyasi qüvvələrin bizdən istifadə etməyinə icazə verməyəcəyik və onların bu əməllərini pisləyirik.

Sfera.az bildirir ki,  bunu Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak edən Qarabağ qazilərinin mətbuat konfransında çıxışı zamanı millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, qazilər Prezidentin siyasətini dəstəklədiklərini, hər zaman dövlət başçısının yanında olduqlarını qeyd ediblər:

"Qazilər mənə bildirdilər ki, biz hər hansı siyasi proseslərdə alət kimi istifadə edilməyə yox deyirik. Onlar bildirdilər ki, bu cür proseslərdə olmayacaqlar. Hesab edirəm ki, Qarabağ qazilərinin bu addımı düzgün addımdır. Çünki baş verən hər bir hadisədən bəzi qüvvələr dövlətə, Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Biz bu gün Azərbaycanda tam sabit və təhlükəsiz şəraitdə yaşayırıq. Baxmayaraq ki, müharibə şəraitindəyik. Belə bir dövrdə Qarabağ qazilərinin dövləti dəstəklədiyini və siyasi alətə çevrilmək istəmədiklərini bəyan etmələri olduqca vacibdir". (Trend)


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Röya Ayxan: "Ərə gedirəm, toyum..." - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib.   Sfera.az xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə...

Kuleba Blinkenlə görüşdü - FOTO

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri &...

Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Azərbaycanda bu ilin fevralında dollara tələbin yüksəlməsindən sonra martda ciddi azalma qeydə alınmışdı. Martdakı azalmadan sonra apreldə dollara tələbdə yenid...

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...