Dünya

Deputat parlamentdə qızının ölüm xəbərini eşitdi - Video

Deputat parlamentdə qızının ölüm xəbərini eşitdi - Video

Meksikada bir millət vəkili parlamentdə olarkən qızının ölüm xəbərini alıb.

Göz yaşlarına boğulan deputata həmkarları təsəlli verməyə çalışıb.

Meksikada 59 yaşlı millət vəkili Karmen Medel Palma Milli məclisdə olan zaman telefonla 22 yaşlı qızının öldürüldüyü xəbərini öyrənib. Qadın aldığı xəbərdən sonra fəryad qopararaq göz yaşlarına boğulub.

Millət vəkilinin tibb tələbəsi olan Kruz adlı qızının bir dəstə üzvünün sevgilisinə bənzədildiyi üçün səhvən öldürüldüyü bildirilib. (Moderator.az)

 

 

AdRiver

XƏBƏR LENTİ