Deputat özəl məktəb sahiblərini tənqid etdi: “Bu milləti bir az da siz sevin”

Deputat özəl məktəb sahiblərini tənqid etdi: “Bu milləti bir az da siz sevin”
"Vəzifədən böyük pullar qazanan şəxslərin bir qismi bizneslə məşğul olub şirkətlər açanda birdən yadlarına düşdü ki, orta məktəb də yaxşı gəlir gətirir. Özü də necə gəlir? Nəticədə orta məktəb təsis etməyə başladılar”.

Sfera.az bildirir ki, bunu deputat Etibar Əliyev deyib. Onun sözlərinə görə, həmin şəxslər hər şagirdə 7000 manatdan 10.000 manata qədər təhsil haqları müəyyənləşdirirlər:

"Kasıb ailənin istedadlı uşağının üzünə varlının açdığı yaraşıqlı məktəblər bağlıdır. İstedad pulla ölçülmür. Kasıb ailələrdən çıxan xeyli istedadlı uşaqlar var ki, orta və ali  məktəbləri yüksək nailiyyətlə başa vururlar. Dünyada istedadlı uşaqları çıraqla gəzirlər, onları oxudurlar, işlə təmin edirlər. Bizim varlılar üçün bu, meyar deyil. Meyar yalnız puldur. "Pulun varsa, gəl oxu” prinsipi xeyli istedadın sönməsinə səbəb olur”.

Millət vəkili özəl məktəb sahiblərinə müraciət edib:

"İstedadlı kasıb uşaqlara heç olmasa 10 faiz kvota ayırın. Milləti siz də sevin! Onlar gələcəkdə sizin məktəbi təmsil edəcəklər və sizə reytinq qazandıracaqlar. Axı yaratdığınız məktəb bu dövlətdən qazandığınız vəsaitin hesabınadır. Orda kasıbların da vergi payı var”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...