Deputat: \"Mübariz Mənsimovla bağlı məsələ SOCAR-ın fəaliyyətinə aid olmayan məsələdir\"

Deputat: \
 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu gün ölkə iqtisadiyyatında mühüm rol oynayan iri şirkətlərdən biridir. Mən heç inanmıram ki, Azərbaycan iqtisadiyyatında belə mühüm rola malik, xarici ölkələrdə Azərbaycanın investisiya qoyuluşunu həyata keçirən şirkət və iri qurum hər hansı bir iş adamı ilə bağlı sifariş etsin. Bu, heç cür inandırıcı deyil.
Bunu millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, bu, bütövlükdə SOCAR-ın fəaliyyətinə aid olmayan bir məsələdir.

Millət vəkili bildirib ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib: "Mənim də ilkin olaraq mətbuatdan eşitdiyim odur ki, o, FETÖ ilə bağlı istintaqa cəlb edilib".

A.Hüseynov qeyd edib ki, Türkiyə Azərbaycanın qardaş dövlətidir: "Bu dövlətin hüquq-mühafizə, eləcə də məhkəmə orqanlarına çox böyük hörmətimiz var. Bilirik ki, onlar ədalətli qərar çıxaracaqlar. Bu gün oradakı hər hansı bir prosesi burada gümanla, yoxumla, ehtimallarla qurmaq olmaz. Məhkəmə işləri ehtimallar üzərində və kimlərinsə şəxsi düşüncəsi üzərində qurulmur. Bunun üçün biz Türkiyə hökuməti və dövləti, hüquq məhkəmə sisteminin çıxardığı qərarla razılaşmalıyıq".

Deputat deyir ki, əgər bir şəxs qanunu pozubsa, həmin şəxs istintaqa cəlb edilir, həmin məsələ araşdırılır: "Əminəm ki, ədalətli qərar çıxarılacaq. Biz bu qərara da hörmətlə yanaşmalıyıq".

Qeyd edək ki, bu həftə Türkiyədə FETÖ ittihamı ilə saxlanılan Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib. Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə SOCAR-ın adı hallandırılıb. Bu məsələ ilə bağlı SOCAR-ın açıqlamasında qeyd edilib ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur. "Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər. 2018-ci ildən bəri SOCAR tərəfindən "Palmali" qrupuna qarşı başladığı arbitraj prosedurlarının uzanması SOCAR-ın maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər və buna görə SOCAR-ın kommersiya marağında ola bilməz",- açıqlamada qeyd edilib.

SOCAR Türkiyə Cümhuriyyətinin ədliyyə sisteminin effektivliyinə inanır və məhkəmə proseslərinə müdaxilə ehtimallarını birmənalı şəkildə təkzib edir.




OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...