Deputat: “İtaliya, İspaniya kimi dövlətlər yardım gözləyir, Azərbaycan isə real proqramlar həyata keçirir”

Deputat: “İtaliya, İspaniya kimi dövlətlər yardım gözləyir, Azərbaycan isə real proqramlar həyata keçirir”
 "Dünyanın üz-üzə qaldığı bir nömrəli təhdid – koronavirus pandemiyası dövlətlər qarşısında iki mühüm problemin həlli vəzifəsini qoyub. Birincisi, vətəndaşların sağlamlığının qayğısına qalmaq, virus epidemiyasının genişlənməsinə imkan verməmək. İkincisi isə Covid-19-un törətdiyi iqtisadi fəlakətin dağıntıları ilə mübarizə aparmaq. Dövlətimiz hər iki təhlükənin öhdəsindən layiqincə gəlməyi bacarır. Virus meydana çıxan ilk gündən hökumətimiz operativ təcrid və qorunma tədbirləri, habelə epidemiyanın genişlənməsi təqdirində ehtiyac duyulacaq tibbi infrastrukturun təşkili işlərini həyata keçirməyə başladı. Hazırda isə pandemiyadan qaynaqlanan iqtisadi problemlərin həlli, dünya bazarlarındakı böhranın sıravi vətəndaşa və yerli biznesə vurduğu ziyanın neytrallaşdırılması, yaxud təsirlərinin azaldılması istiqamətində tədbirlərin görülməsinə başlanılır”.

Bu sözləri "Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, yerli sahibkarlara və nəticə etibarilə özəl sferada çalışan vətəndaşlarımıza dövlət dəstəyini mümkün edən ən vacib amil iqtisadiyyatımızın real zəmin üzərində qurulması, Azərbaycanın iqtisadi imkanlarının mövcudluğudur: "Hazırda dünyada çox sayda ölkələr var ki, ümumdünya iqtisadi tənəzzül prosesinin qarşısında aciz qalıblar”.

"Dövlət dəstəyinə dair 9 proqram hazırlanıb ki, bu sənədlər pandemiyadan zərər çəkmiş 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. "Bu proqramların həcmi 2,5 milyard manat təşkil edir. 2,5 milyard manat Azərbaycanın ÜDM-nin 3% -dir və nəinki regionda, həmçinin postsovet məkanındakı heç bir dövlətdə belə genişmiqyaslı dəstək paketi nəzərdə tutulmayıb” – deyə deputat vurğulayıb.

Millət vəkili bildirib ki, dünyanın aparıcı iqtisadiyyatlarına malik Qərb dövlətlərində hökumətlər vəziyyətdən çıxışa dair yollar axtardıqları bir vaxtda Azərbaycan qarşısında dura biləcək problemlərin çözümü istiqamətində real addımlar atır. "ABŞ-da, Avropada bu yoluxucu bəlanın hansı dinamika ilə artdığının şahidiyik. Ölkəmizdə isə şükürlər olsun ki, vaxtında atılmış addımlar hesabına pandemiyanın dağıdıcı fəsadlar törətməsinə imkan verilməyib. İtaliya, İspaniya kimi dövlətlər Avropa Birliyindən yardım paketləri gözləntisindədirlər, Azərbaycan isə öz daxili imkanları hesabına real iqtisadi tənzimləyici proqramlar həyata keçirməyə başlayır” – deyə E.Allahverdiyev vurğulayıb.

E.Allahverdiyevin sözlərinə görə, Azərbaycan dövləti sosial dövlətdir və vətəndaşın qayğılarına biganə qala bilməz: "Bu tədbirlər göstərir ki, indiyədək həyata keçirilən iqtisadi siyasət xalqın ehtiyacları üçün hesablanıb və fövqəladə hallarda yarana biləcək sıxıntılarla mübarizəyə qadirdir”.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...