Dünya

Deputat istefa verib

Deputat istefa verib
 

Gürcüstan parlamentinin deputatı Vano Zardiaşvili istefa verib.

Sfera.az bildirir ki,  bu barədə deputat özü açıqlama yayıb.

Gürcü Arzusu Partiyasının üzvü olan V. Zardiaşvili istefa verməsinə səbəb kimi, ona qarşı həyata keçirilən qaralama kampaniyasını göstərib.
"Ailəm, övladlarım stresslə mübarizə aparmaq məcburiyyətindədirlər. Gündəm yaratmağa çalışan insanlar, yaxud siyasi qruplar üçün təxribat və ya qaralama hədəfi olmaq istəmirəm. Ailənizə və komandanıza qayğı göstərməli olduğunuz bir an var. Gürcüstan parlamentindən ayrılmaq, deputat mandatından imtina etmək qərarına gəldim. Komandamızın hər bir üzvünə təşəkkür edirəm”, - deyə V. Zardiaşvili qeyd edib. (APA)

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031