Deputat: "İlham Əliyev Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi"

Deputat:
 

"Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini və Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açmaq üçün daim beynəlxalq tribunalardan maksimum istifadə edib".

Sfera.az xəbər verir ki, bunu trend--ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin xüsusilə son iki beynəlxalq tədbirdəki çıxışı bu faktları bir daha təstiqlədi: "Azərbaycan Prezidenti hücum taktikasına söykənən bir siyasət həyata keçirir. Dövlət başçısı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Böyük Vətən Müharibəsindəki qələbədə Azərbaycanın verdiyi töhfələri konkret faktlarla açıqladı. Bildirdi ki, bunun qarşılığında bu gün Ermənistanda faşizmin təbliğatı aparılır, faşizmə xidmət edən şəxslərin əbədiləşdirilməsi, onların qəhrəmanlaşdırılması siyasəti həyata keçirilir ki, bu da qəbuledilməzdir.

Cənab Prezident vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşitlərə yardım edən Qaregin Njdeyə abidə ucaldıb. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut etdi və 2011-2015-ci illərdə hazırlanmış mühüm bir evsiklopediyadakı faktları ortaya qoydu. Hansı ki, bu ensiklopediya Rusiyanın Müdafiə Nazirliynin Kollegiyası tərəfindən, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlanıb. 12 cilddən ibarət olan ensiklopediyaya istinad edən Azərbaycan Prezidenti bu faktların onun hansı cildində yazıldığını da konkret dedi".

E.Nəsirov vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin çox uğurlu bir siyasi gedişi idi:

"Azərbaycan lideri bununla da Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Paşinyanı çox kəskin tənqid etdi. Vurğulandı ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir. Azərbaycan Prezidenti isə lazımi yerdə, lazımi məqamda Azərbaycan həqiqətlərini ən yüksək tribunadan səsləndirir və bunları tarixi faktlarla təstiqləyir".


OXŞAR XƏBƏRLƏR

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...