Təhsİl

Deputat dərslərin sentyabrın 1-dən başlanmasını təklif etdi

Deputat dərslərin sentyabrın 1-dən başlanmasını təklif etdi
 

Bu gündən etibarən artıq yeni dərs ili başladı. Bəzi vətəndaşlar dərsin sentyabrın1-dən, bəziləri isə sentyabrın 15-dən başlamasının tərəfdarıdır.

Sfera.az bildirir ki,  deputat Fazil Mustafa da bu məsələyə öz münasibətini bildirib. O qeyd edib ki, bu gecikmə şagirdlərin məktəbə adaptasiyasına mənfi təsir göstərir.

"Bu gün bir daha əmin oldum ki, biz azərbaycanlılar zamanın tələb etdiyi ağıllı qərarları bir neçə il gecikməklə aldığımıza görə, uduzmuşuq. Dərslərin sentyabrın 1-dən başlaması sadəcə zərurətdir. Qoy iyunun 15-dək davam etsin, ancaq buradan da əlavə 15 gün qazanmış olarıq. Onsuz da müəllimlərin hamısı avqustun sonlarından məktəbdə işə cəlb olunurlar. 

Burada arqument axtarmağa da gərək yoxdur. Qarabağ savaşında məğlub olmuş, milyona yaxın qaçqını olan bir xalqın övladlarının fasiləsiz təhsildən başqa nicatı yoxdur. Hər il itirdiyimiz bu 15-16 gün üst-üstə yığılanda az vaxt etmir. 

İllərdir xəbərdarlıq etdiyim cəhalət, xurafat dalğası bu ilin mənzərəsini seyr edən çoxlarını artıq rahatsız etməyə başlayıb. Cəhalətin də yeganə alternativi mümkün qədər çox vaxtın təhsilə sərf olunmasıdır. "Bilik günü" ifadəsi də bu vaxt dəyişiminə görə saxta görünür. Azərbaycan insanı üçün hər gün bilik günü olmalıdır, biz bu cür vaxt itikiləri ilə dünya ilə ayaqlaşmada çətinlik çəkəcəyik. 

Məktəblərdə Novruz bayramı tətilini də 3 gündən artıq etmək vaxt itkisidir. Bu eyni zamanda ali təhsil müəssisələrinə, kolleclərə də aiddir. Tam məsuliyyətimlə deyirəm, bu 15 gün gecikmə, ardınca da bir həftə adaptasiya ilə bağlı boşuna keçirilən vaxt təhsilin keyfiyyətinə də pis təsir göstərir.”

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031