Deputat çıxışlarını öz biznesini qorumaq üçün edir?

Deputat çıxışlarını öz biznesini qorumaq üçün edir?
V çağırış Azərbaycan Respublikası Milli Məclisinə ilk dəfə deputat seçilən şəxslərin fəaliyyəti yenə diqqət mərkəzindədir. Onlar arasında bəziləri fəallığına görə seçilsə də, bir çoxu passiv deputat kimi xarakterizə edilir. 

Tərəfdar.az xəbər verir ki, belə deputatlardan biri də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçkilən Kəmaləddin Qafarovdur.

Araşdırmalar göstərir ki, deputat seçildiyi 1 ildən çox müddət ərzində K.Qafarof parlamentdə də, dairəsində də, mediada da susqunluq nümayiş etdirib. Əvəzində isə deputatın dərman biznesi daha da güclənib. Bu barədə bir qədər sonra. 

Seçicilərinin açıqlamalarına görə, K.Qafarov onlarla görüşdən yayınır. "Bizi nə qəbul etmir, nə də dairədə görüşlər keçirmir” deyə onların mediada dərc olunan açıqlamalarında deyilir. 
Parlamentin iclaslarında da bu deputatın çıxışları, ölkədə mövcud olan hər hansı problemin həllinə yönəlik təklifləri çox az olur, hətta demək olar ki, olmur. Google-da verdiyimiz axtarış zamanı onu parlamentin Səhiyyə komitəsinin iclasında etdiyi bircə çıxışa rast gəldik ki, onda da K.Qafarov dərman biznesinə mane olan amillərin aradan qaldırılmasını təklif edib. O bildirib ki, idxal olunan dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunmaması ölkədə dərman qıtlığı yarada bilər.
Yuxarıda da qeyd etmişdik, K.Qafarovun dərman biznesində adı hallanır. Onun həm də Milli Onkologiya Mərkəzində baş direktorun müavini olması bu deyilənlərin reallığı əks etdirdiyini göstərir. Onkologiya ölkə səhiyyəsinin ən çox narazılıqlar olan sahəsidir. Belə bir sahənin təmsilçisi olan deputat gərək parlamentin hər iclasında təkliflərlə çıxış etsin, lakin çox təəssüf ki, biz K.Qafarovun bu fürsətdən yararlandığını görmürük. 

OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...