Deputat: \"Bu fikrimi haradasa tapsalar, mandatımdam imtina etməyə hazıram\"

Deputat: \
Mənim yaşı 70-dən yuxarı olan həmkarlarıma "deputatlığa namizədliklərini verməsinlər” sözünü deməyim, belə bir çağırış etməyim barədə bir cümlə belə tapıb göstərsinlər, deputat mandatından imtina edəcəyəm.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, dövlət başçısının yaşı 70-dən yuxarı olan vəzifəli şəxslərin gənclərə yol açacağına ümidvar olduğunu söyləməsi ilə əlaqədar bəzi media orqanları ondan açıqlama alıb:

"Məndən açıqlama alan mətbuat işçilərinə demişəm ki, bilmirəm, bu fikri Milli Məclisin deputatlarının hamısına aid etmək olar, ya yox. Çünki parlamentdə yuxarı yaş senzi yoxdur.

Mən deməmişəm ki, yaşı 70-dən yuxarı olanlar deputatlığa namizədliyini verməsinlər.

Demişəm ki, güman edirəm, bir qədər çətinlik çəkən, yaşı və xəstəliyi fəaliyyətinə mane olan deputatlar namizədliyini verməyəcək. Çox təəssüf edirəm ki, adımdan yayılan fikirlərin fərqli təqdim olunması deputat həmkarlarımın da mənə münasibətini pisləşdirib.

Sizin vasitənizlə deputat həmkarlarıma da səslənirəm ki, "yaşı 70-dən yuxarı olan həmkarlarım deputatlığa namizədliklərini verməsinlər” fikrimi hardasa tapsalar, mandatımdam imtina etməyə hazıram”.(APA)

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...