Deputat: \"Bəziləri iftarı qonaqlıq kimi başa düşür\"

Deputat: \
Artıq Ramazan ayının 25-ci günü geridə qalmaq üzrədir. Bu müddətdə oruc tutan, tutmayan bir çox tanınmışların, vəzifə sahiblərinin, yüksək ranqlı məmurların iftar süfrəsi arxasında cəmləşdiyinin şahidi olduq. Hətta dini baxımdan doğru sayılmasa da, iftar süfrəsi açdığını xəbərə çevirənləri də görürük... Bu fonda oruc tutmayıb iftar süfrəsində yuxarı başda əyləşənlər bir qırağa dursun, çağırılanların ancaq  qalstuklu vəzifə sahiblərindən ibarət olması ikrah doğurur...

İnanclı deputatlarımızdan olan Fazil Mustafa da bu qənaətdədir ki, iftar süfrəsi əslində yoxsullara açılmalıdır.

Sfera.az xəbər verir ki, o, modern.az-a bildirib ki, iftar süfrələri qonaqlıq xarakteri daşımamalıdır:
 
"Təəssüf ki, bizdə iftar süfrəsi deyəndə qonaqlıq, yeyib-içmək yada düşür. Rəsmilərin iftar süfrəsində olmasına gəlincə, müəyyən rituallar yerinə yetirilərkən dövlətin dinə münasibətini ifadə etmək üçün müxtəlif təbəqələrin, dinlərin təmsilçilərinin iştirakı qəbul olunandır. Amma bütövlükdə iftar süfrəsi açılanda orada yemək yeyənlərin daha çox yoxsullar olmasına diqqət yetirmək lazımdır".
 
F.Mustafa Azərbaycanda iftar süfrələrinin verilməsinin lehinə olmadığını qeyd edib:

"Mən daha çox ehtiyaclı təbəqəyə yardım edilməsinin tərəfdarıyam. İftar süfrəsinin əsas mahiyyəti həmrəylikdir. Həmrəylik yalnız qarın doydurmaq anlamına gəlmir. İftar eyni duyğuları paylaşan insanların həmin vaxtı bir yerdə keçirməsidir. Bu olmadıqda faydalı nəticə olmur. Amma hər bir şəxs ürəyinə görə belə addım atırsa, bunu da normal qarşılamaq lazımdır. Hər halda çalışmalıyıq ki, iftar bir səmimiyyət tədbirinə çevrilsin. Göstəriş, kiməsə nəyisə nümayiş etdirmək tədbiri olmasın".

OXŞAR XƏBƏRLƏR

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...