Deputat bayramqabağı bazarlarda bahalaşmanın səbəblərindən DANIŞDI

Deputat bayramqabağı bazarlarda bahalaşmanın səbəblərindən DANIŞDI
"Qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur”.

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib. 

Deputat deyib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir:

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır. Çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.
 
 
Aydan Lətifova

OXŞAR XƏBƏRLƏR