Deputat: “Azərbaycan hərbi gücünü davamlı olaraq artırır”

Deputat: “Azərbaycan hərbi gücünü davamlı olaraq artırır”
 "Azərbaycanda yeni hərbi hissələrin istifadəyə verilməsi artıq mütəmadi xarakter alan prosesdir".

Bunu "Report"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, bu, Azərbaycanın hərbi potensialının güclü olmasından xəbər verir.

Deputat xatırladıb ki, ölkəmizin 20 faiz torpağı Ermənistanın işğalı altındadır: "Belə bir vəziyyətdə Azərbaycanın özünün hərbi gücünü artırması, müdafiə sistemini davamlı olaraq gücləndirməsi təbii haldır. Azərbaycan özünün ərazi bütövlüyünün təmin edilməsi istiqamətində çox böyük fəaliyyət göstərir. Bu fəaliyyət diplomatik və hərbi müstəvidə müşahidə edilir. Beynəlxalq arenada münaqişənin tənzimlənməsinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkünlüyü prinsipi dəstəklənməkdədir. Bununla bağlı artıq oturuşmuş beynəlxalq mövqenin mövcudluğunu da deyə bilərik. Paralel olaraq Azərbaycan özünün hərbi gücünü, qüdrətini artırmaqdadır. Təbii ki, bunun əsasında iqtisadi potensial dayanır, çünki belə bir potensial olmadan dövlət özünün hərbi gücünü artıra bilməz”.
 
 

E.Mirbəşiroğlu bildirib ki, ölkədə yeni hərbi hissələrin istifadəyə verilməsi, eyni zamanda hərbi infrastrukturun yenidən qurulması istiqamətində böyük işlər görülür: "Bunu hər şeydən öncə hazırda müharibə vəziyyətində olmağımız tələb edir. İkincisi, diplomatik gücümüz hərbi potensialımıza söykənir. Hərbi güc olmadan biz beynəlxalq sferada sözümüzü deyə və diplomatiyamızın keçərliyini təmin edə bilmərik. Bu baxımdan Azərbaycan hərbi qüdrətini artırmaqla bir neçə istiqamətdə hədəflərinə doğru irəliləmiş olur. Həmişə demişik, danışıqlar nəticə verməsə hərb yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Yeni hərbi hissələrin açılması da bizim bu mövqeyimizin mühüm elementini təşkil edir. Azərbaycan hərbi gücünü davamlı olaraq artırır. Bu, həm işğalçı, həm də digər ölkələrə siqnaldır ki, Azərbaycan istənilən halda torpaqlarını işğaldan azad etmək qüdrətindədir”.

Elşad Mirbəşiroğlu

Deputat Elşad Mirbəşiroğlu:

"Azərbaycan hərbi qüdrətini artırmaqla bir neçə istiqamətdə hədəflərinə doğru irəliləmiş olur".

 

 

 Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən iyunun 16-da yeni inşa edilən hərbi hissənin açılışı olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.

Hərbi şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş yeni binanın açılış mərasimi olub.

Ailələri təbrik edən Müdafiə naziri bu yaxınlarda Hövsan qəsəbəsində hərbi qulluqçular üçün istifadəyə verilən daimi mənzillərin və "Qobu Park-3” yaşayış kompleksinin açılışında Ali Baş Komandanın iştirakını qeyd edərək bu istiqamətdə görülən kompleks tədbirlərin ölkə başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Nazir bu hərbi hissənin açılışını Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində atılan növbəti addım olduğunu qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə planlı şəkildə hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu bildirən Müdafiə naziri bu işlərin davamlı olacağını diqqətə çatdırıb.


Nazir bildirib ki, cari ildə müxtəlif bölgələrdə, xüsusilə cəbhəboyu zonada yerləşən bir sıra hərbi hissədə 250-dən artıq xidməti mənzil istifadəyə verilib. Bu ilin sonunadək isə daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır.


Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, beş mərtəbəli bina tam təmirli 3 otaqlı 60 mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.


Bildirilib ki, bina üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx və digər mebel dəsti ilə təmin edilib. Ərazi hasara alınıb, asfalt döşənib, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları ilə təmin olunub, avtodayanacaq üçün yer ayrılıb, su təmizləyici qurğu quraşdırılıb və yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.


Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.


Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.


OXŞAR XƏBƏRLƏR

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...