Deputat Azər Kərimlinin imzatoplama prosesində kobud qanun pozuntusu

Deputat Azər Kərimlinin imzatoplama prosesində kobud qanun pozuntusu
 

Sosial şəbəkəlrdə 112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin üzvü Azər Kərimlinin imzatoplama kampaniyası zamanı kobud qanun pozuntusuna yol verildiyinə dair foto paylaşılıb.

İddia olunur ki, Qax rayonu Ləkit kəndində, Ləkit kənd bələdiyyəsinin sədri Abdulla Kazımovun evində keçirilən imzatoplama prosesi zamanı imzaları Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov şəxsən qeydə alıb və onun yanında İlisu Dövlət Təbiət Qoruğunun direktoru Qabil Əfəndiyev iştirak edib.

Azərbaycan Qanunvericiliyinə görə, deputatlığa namizədin xeyrinə imzatoplama kampaniyasında dövlət idarələrinin əməkdaşları və bələdiyyə üzvləri ümumiyyətlə iştirak edə bilməzlər.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimatın 1-ci Maddəsinin 3-cü bəndində qeyd olunur:

"Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və namizədin qeydə alınmasından imtina üçün əsas ola bilər.”

Məsələ ilə bağlı 112 saylı Qax Seçki Dairəsinə, habelə Mərkəzi Seçki Komissiyasına və aidiyyatı dövlət qurumlarına jurnalist sorğusu göndərməcəyik.

Azinforum.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...