Depressiyaya meyilli insanlar bu qidaları yesələr...

Depressiyaya meyilli insanlar bu qidaları yesələr...
Ətraf mühit, gərgin iş rejimi və ya ailəvi problemlər depressiyanın əsas səbəbidir. Alimlər gün keçdikcə depressiyaya düşən insanların sayının sürətlə artdığını bildirirlər.
 
Bunu nəzərə alan Sfera.az depressiyaya meyilli insanlar üçün ən faydalı qidaları araşdırıb.

Çarəni dərmanlarda deyil, aşağıdakı qida məhsullarında axtarın!

Dəniz duzu 

Yeməklərə adi duz əvəzinə dəniz duzu əlavə etmək əhval-ruhiyyənizin yaxşılaşması üçün lazım olan mineralları almağınızı təmin edəcək. 

Çərəzlər

Qoz, fındıq, badam, günəbaxan tumu, qabaq tumu kimi çərəzlər orqanizmin bol miqdarda serotonin hormonu istehsal etməsinə səbəb olur. Bu da xoşbəxt hiss etdirir.
 
Pomidor

Pomidorun tərkibindəki likopen stressi azaldır. Likopen əsasən pomidorun qabığında olur. Ona görə də pomidoru qabıqlı yemək lazımdır.
 
Qəhvəyi düyü

B1, B3 vitaminləri və fol turşusu ehtiva edən qəhvəyi düyünün qlisemik indeksi olduqca aşağıdır. Tərkibindəki maddələr yaxşı əval-ruhiyyə üçün böyük əhəmiyyət kəsb edir. Yağları parçaladığı üçün arıqlamaq istəyənlər də rahatlıqla yeyə bilərlər.

Bənövşəyi kartof

Adi kartofdan 10 dəfə daha çox antioksidant ehtiva edən bu tərəvəz stressi azaldır. Kartofun qabığında bol miqdarda yod var. Yod tiroid hormonlarının səviyyələrini nizamlayaraq əhval-ruhiyyənizin korlanmasına maneə olur. Kartofu közdə və ya sobada qabıqlı şəkildə bişirərək yeməyiniz məsləhətdir. 

Banan 

Bananda "triptofan” adlı xüsusi bir maddə var. Bu maddə orqanizmin serotonin hormonu istehsal etməsinə dəstək olur. Meyvənin tərkibindəki kalium isə stresslə mübarizə aparır.

Omeqa-3 

Omeqa 3 yağ turşuları serotonin hormonunun səviyyəsini yüksəldir. Bu yağla zəngin olan balıq, qoz və kətan toxumundan bol-bol istifadə edə bilərsiniz. Əgər depressiyaya meyilli olduğunuzu hiss edirsinizsə, həftədə 3 dəfə balıq yeyin, gündə bir dəfə isə 1 xörək qaşığı kətan toxumu qəbul edin. 

Su 

Su depressiyanın qarşısını alan ən yaxşı vasitədir. Kifayət qədər su içmədikdə zehni və fiziki yorğunluq baş verir. Gündə ən az 10-12 stəkan su içməlisiniz. 

Süd və süd məhsulları

Süd və süd məhsulları da eynilə banan kimi triptofan ehtiva edirlər. Bu maddə depressiyaya qarşı çox təsirlidir. 

Şokolad

Şokoladın tərkibindəki maddələr beynin müəyyən hissələrinə təsir edərək özünüzü daha xoşbəxt hiss etməyinizə səbəb olur. Tünd şokolad yeməyiniz məsləhətdir.
 
İspanaq 

Bu tərəvəz fol turşusu baxımından zəngindir. Fol turşusu əskik olduqda orqanizm serotonin istehsal etməkdə çətinlik çəkir. 
Odur ki, depressiyadan əziyyət çəkmək istəməyənlər həftədə ən az 3-4 dəfə ispanaq yeməlidirlər. 

Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR