Dənizkənarı Bulvarda balıq ovlayan həbs edildi

Dənizkənarı Bulvarda balıq ovlayan həbs edildi
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Dənizkənarı Bulvar İdarəsinin ərazisində torla qanunsuz balıq ovlayan şəxsi saxlayıb.
 
İdarədən Sfera.az-a verilən məlumata görə, tədbir nəticəsində Mirmehdi Mansurov dənizə tor atmaq istəyən zaman polislər tərəfindən tutulub.
 
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları M.Mansurova bu cür balıq tutmağın qanunsuz olduğunu, həmçinin may-sentyabr ayları arasında balıq ovunun qanunvericiliklə qadağan olduğunu vətəndaşın diqqətinə çatdırıblar.
 
Qeyd edək ki, son günlər Bakı Buxtasının bir neçə nöqtəsində balıq ovlamaq üçün yararsız tor hissələri aşkar olunub. Bu isə guya Dənizkənarı Bulvar İdarəsi ərazisində qanunsuz balıq ovunun təşkil edildiyi barədə qeyri-dəqiq informasiyaların yayılmasına səbəb olub. Su Nəqliyyatında Polis İdarəsinin vətəndaşların nəzərinə çatdırır ki, həmin torlar Xəzər dənizinin digər hissələrinə tullantı kimi atılan və külək vasitəsilə Dənizkənarı Bulvar ərazisinə gəlib çıxan balıqovlama vasitələridir. Bununla yanaşı, əhalidən Dənizkənarı Bulvar ərazisində balıqçı torları ilə rastlaşdıqları təqdirdə, Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02 və 012-433-38-12 nömrələri ilə əlaqə saxlamaları xahiş edilir. Bununla yanaşı, idarə əməkdaşları tərəfindən dənizə ölü balıqlar buraxan şəxslərə də qarşı mübarizə gücləndirilib. Bəzi dırnaqarası balıqçılar bilərəkdən insanlar arasında dənizə zəhərli maddələr atıldığını və bu səbəbdən balıqların öldüyü barədə həqiqətə uyğun olmayan məlumatlar yaymağa çalışırlar. Buna səbəb isə həmin şəxslərin qanunsuz balıq ovlamağa cəhdlərinin qarşısının vaxtında alınmasıdır.
 
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz balıq tutan və adı "Qırmızı” kitaba düşən quşları ovlayan şəxslərə qarşı bundan sonra da qanunla nəzərdə tutulan formada ciddi şəkildə mübarizə aparılacaq.

OXŞAR XƏBƏRLƏR

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...