Dənizdən qadın meyiti tapılıb

Dənizdən qadın meyiti tapılıb
 
Bakıda dənizdə 5 gün əvvəl intihar edən qadının meyiti tapılıb.
Sfer.az Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, dənizdən təxminən 40 yaşında olan qadın meyiti aşkarlanıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı rayon şöbəsinə təhvil verilib. Dənizdə meyiti tapılan qadının Hövsan qəsəbəsi, Əhlimanov küçəsi ev 10 B, mənzil 37 ünvanında yaşayan Leyla İsmayılova olduğu məlum olub.
L.İsmayılova intihar etmək məqsədilə dekabrın 30-da özünü dənizə atıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR