Ödəniş dayansa, bank mənzili satışa çıxaracaq – Etiraz

Ödəniş dayansa, bank mənzili satışa çıxaracaq – Etiraz

Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb.

Sfera.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama yayıb. Ekspert bildirib ki, təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa, bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq:

"Eyni zamanda, bu halın yeni ipoteka müqavilələrinə daxil edilməsi və kredit götürən şəxsin ödənişi yubatdığı halda öncədən məhkəməsiz öz əmlakının satışına razılıq verməsi də təklif edilir. Assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığını müəyyənləşdirmək çətindir. Amma başqa dövlətlərdə məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir. Bu dəyişikliklərin qəbul edilməsi ipoteka krediti götürüb mənzil alanların ödənişi yubatdığı halda illərlə ödəniş etdiyi evin qısa zamanda satılmasına səbəb ola bilər. Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var”.

İqtisadçının sözlərinə görə, əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən zaman təklif etməyə çalışmalıdırlar:

"Eyni zamanda, əmlakın taleyi məhkəmə qənaətindən sonra icra qərarlarına uyğun həll edilə bilər. Təkliflər isə bu halda bank tərəfindən mənzilin hərraca çıxarılmasına imkanın verilməsini nəzərdə tutur. Digər tərəfdən, bu hal ipotekaya müraciət edənlərin sayının azalmasına səbəb ola bilər. Çünki yeni təkliflər birbaşa bankları üstün mövqeyə çıxarır ki, bu da ipoteka kreditlərinə marağı azalda bilər”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...