Maqazİn

"Demirəm ki, hər gün qızınızı döyün" - Lalə qalmaqallı açıqlamasından danışdı

Hərdən deyirlər ki, səhər yuxudan durmaq çətin deyil? Mənim üçün heç də çətin deyil, əksinə xoşdur. Yeni mövsümə gözəl başladıq. ATV hər an yeni nəsə təqdim edir. Səhər, axşam efirdə oluram. Bir günorta qalıb. O saatlara da bir veriliş düşünürük. Hələ təklif var, qalıb reallaşdırmaq.
 
Sfera.az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Lalə Azərtaş deyib. O bildirib ki, yeni layihə hazırlayır.

L.Azərtaş bir müddət əvvəl tənqid edilən "Lazım gələndə, qızlarımı döyürəm" sözlərindən danışıb. Aparıcı onu buna görə qınayanlara cavab verib:  
"Hazırda qızım yanımdadır, ondan soruşun. Hər gün onu döyürəm? Fikirlərim yanlış anlaşıldı. Kimlərəsə pis istiqamətdə yozmaq maraqlı idi, etdi də. Belə çıxdı ki, mən hər gün uşaq döyürəm. Demişdim ki, lazım gələrsə... 

Hər birimiz lazım gələndə anamız tərəfindən o beşbarmaq toxunuşunu yaşamışıq. Biz də o tərbiyə ilə böyümüşük, övladımızı da elə böyüdürük. Lazım gələndə, ildə bir dəfə, yenə də gizlətmirəm, sözümün üstündə dururam döymək lazımdır. Qızını döyməyən, dizini döyər. Amma demirəm ki, hər gün qızınızı döyün. Mənim üçün həştağlar açıldı. Anlamadım o nə idi.
 
Qızı da, oğulu da böyütmək çətindir. Əsas odur ki, vətənə layiqli uşaq böyüdəsən. İstər oğlana, istər qıza təhsil verməlisən".

Qeyd edək ki, Lalə Azərtaşın iki qız övladı var.
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31