Dəmirəlin casus xanımının ilk uğursuz əməliyyatı
00:25 / 22.05.2018
4038
Süleyman Dəmirəlin xanımı Nəzmiyyə Dəmirəlin casusluq fəaliyyətilə məşğul olduğu üzə çıxıb.
Nəzmiyyə Dəmrəl Süleyman Dəmrəlin təşəbbüsü ilə casus kimi işə cəlb edilib, lakin ilk fəaliyyəti uğursuz olub.
11 mart 1971-ci ildə Baş nazir Dəmirəl Nazirlər Kabinetinin inzibati binasındakı otağında əyləşir, amma əhvalı heç yaxşı deyildi. Dəmirəl ölkədə tələbə etirazlarının davam etməsi, iqtisadi islahatların istədiyi kimi getməməsi, ordu daxilindəki problemlər haqda düşünür, MİT-in sanki proseslərdən kənarda dayanması, MİT rəhbəri Fuad Doğu real durumla bağlı baş nazirə informasiya verməməsindən narahatlıq keçirir.
Dəmirəl qanı qara halda nahar yeməyindən əvvəl evinə yollanır. Evində həm bəzi hesabatlara diqqət edəcək, həm də MİT rəhbəri Fuad Doğu ilə söhbət edəcəkdi.
Evinə daxil olan S. Dəmirəli xanımı Nəzmiyyə Dəmirəl çox gülərüzlə qarşılayır. Dəmirəl birinci mərtəbədəki kabinetinə çəkilərək işləməyə üstünlük verir. Az sonra Nəzmiyyə onun otağına daxil olur.
Əlini işdən saxlayan Dəmirəl xanımına bir qədər narahat olduğunu deyir.
Nəzmiyyə xanım isə ərinin bu təklifini dərhal qəbul edərək Baş Qərargaha zəng edir və yemək süfrəsində iştirak edəcəyini bildirir.
Dəmirəl xanımının ziyafətdən qayıtmasını gözləyərkən vacib hesab etdiyi bir neçə sənədi gözdən keçirir. 3-4 saatdan sonra Nəzmiyyə xanım ziyafətdən qayıdır. Nəzmiyyə xanım Dəmirələ bildirir ki, hər şey qaydasında və vəziyyət stabildir. Süleyman Dəmirəl bir az rahatlasa da, məntiqi ona deyir ki, vəziyyəti araşdırmaqda davam etsin.
Nahardan sonra da rəsmi iş yerinə getməyən S.Dəmirəl gecəni evində işləyərək başa vurur, bəzi nazirlərinə həyata keçirilən proyektlərlə bağlı məsləhətini verir.
Fuad Doğu isə baş nazirə bildirir ki, generalların hazırladığı müraciət TRT-dən oxunacaq.