Dəmirəl, Puşkin, “AST Telman”, Hacı Zeynalabdin - TANINMIŞ MASONLAR

Dəmirəl, Puşkin, “AST Telman”, Hacı Zeynalabdin -  TANINMIŞ MASONLAR
Masonlar haqda  çox yazılıb.  "Azad bənna”, "üçbucaq” və sair mason simvollarını  hətta uşaqlar da tanıyır.
Bu qədər məlumatın olmasına baxmayaraq  yenə də onların üstündən sirr dumanı götürülmür. 
Tanınmış masonlar çoxdur.
Ən tanınmışlarını sadalayaq – yazıçı Artur Konan Doyl, ABŞ prezidentləri Ruzvelt, Trumen, bəstəkarlar Motsart, Bax Türkiyənin 90-cı prezidenti Süleyman Dəmirəl və s. Ancaq elələri var ki, dünyaca məşhur olsalar da, mason olmaları haqda məlumatlar hələ indi dərc edilir.
 
Sfera.az məhz onlardan danışacaq.
 
Rus masonlar
 
Məşhur rus şairi Aleksandr Puşkinin mason olduğunu bilirdinizmi? 
 
1821-ci ildə şair öz gündəliyinə yazırdı: "4 may tarixində mason sıralarına daxil oldum”.

Şairi Kişinyovdakı lojaya üzv seçmişdilər. 1823-cü ilədə o gündəliyində  loja haqda xatirələrini yazırdı. Sonrakı qeydlər itib-batıb. Kişinyov lojası haqda məlumat çox azdır. Çünki Puşkin lojaya üzv olduqdan az sonra çar Aleksandr masonluğu Rusiyada qadağan etdi. Kimsə mason olduğunu daha açıq etiraf edə bilmirdi. Rusiya Dövlət Kitabxanasında  Keniqsberkdəki mason lojaları haqda kitab var. 1760-1768-ci illərə aid qeydlərdə məşhur rus  komandanı Aleksandr Suvorovun adı hallanır. «Zu den Drei Kronen» adlı lojaya hələ o zaman podpolkovnik olan Suvorov da qəbul olunmuşdu.

Rus ədəbiyyatının ən ünlü simalarından olan Nikolay Karamzinə həyatda ən böyük dəstəyi məşhur mason Turgenev göstərmişdi.
 
Dramaturq və siyasətçi Qribayedov da mason idi. Bu şəxs Azərbaycan tarixində də iz buraxıb. "Türkmənçay” müqaviləsinin mətnini məhz o hazırlamışdı.
 
Qribayedov 1828-ci ilin avqustunda özünün yol xatirələrində "bədbəxt həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır olduğunu” yazmışdı. Tiflisdəki mənzili erməni bazarında yerləşən, erməni general Mədətovla dostluq edən Qirbayedov ömrünün son iki ilində 30-dan artıq erməni ilə yaxın təmasda olmuş, müsəlman əhaliyə qarşı müxtəlif planlar hazırlamışdı. 30 yanvar (11 fevral) 1829-cu ildə yazıçı Tehranda öldürülür.
 
 Azərbaycanlı masonlar
 
Bəzi saytlar yazır ki, Azərbaycanda mason lojası 2008-ci ildə yaranıb. Bu haqda xeyli yazı var. Bəs Bakıda bir çox binaların üzərində masonluğun işarələri -məsələn, keçən əsrin əvvəllərində Bakıda inşa edilmiş binanın (Xanlar küçəsi, 4) üzərindəki üçbucaq içindəki göz, mala, düzbucaqlı üçbucaq və pərgar kimi masonik simvollar hardan peyda olub?

Şübhəsiz ki, Azərbaycanda masonluq hələ 19-cu əsrin sonlarından mövcuddur.
 
Tanınmış müsenat Hacı Zeynalabdin Tağıyevin mason olduğu deyilir. Bəzi mənbələr deyir ki, 1911-ci ildə Hacı Zeynalabdin Tağıyev Almaniyada mason lojasının üzvü olub. 1914-cü ildə, iyun ayının 28-də səhər, Frans Ferdenand arvadı Sofi fon Qoqenberqlə Sarayevodakı Latın körpüsündə, saat on tamamda Qavrilo Prinsin tapançasından açılan iki güllədən öldülər. Bir anda açılan iki güllə bütün dünyada, gözlənilməyən gurultulu, qovğalı əks-səda yaratdı. Dövlətlər bloklara ayrıldı: Rusiya - Fransa - İngiltərə düvəli müəzzəmə (böyük dövlətlər) təşkil etdilər; Almaniya – Avstriya –Macarıstan - İtaliya düvəli müsəlləsə (üç bucaq) yaratdılar. Müharibə elan edilən gün Almaniyada olan bütün rus təbəələrini əsir tutub xüsusi düşərgələrə salırlar. Hacıya isə heç kim toxunmağa cürət etmədi. 1914-cü ildə loja üzvü olması səbəbilə Almaniya kayzeri II Vilhelm onun ailəsini, özünü və Rusiyanın səfirliyinin işçilərinin Bakıya qayıtması üçün şərait yaradan xüsusi tapşırıq verdi.

Bəstəkar Qara Qarayevin də mason olması baradə məlumatlar var. Müasir tanınmışlardan "AZAL” prezidenti Cahangir Əsgərovun mason olduğu haqda saytlarda yazılıb.

Məsələn Dia.az Cahangir Əsgərov əslində masonların Azərbaycandakı bir nömrəli simalarından biri olduğu barədə xəbər vermişdi :

"İndi isə gələk Cahangir Əsgərovun məsələsinə. Onunla bağlı məlumat verən mötəbər mənbələr iddia edir ki, «AZAL» şefi birbaşa olaraq Azərbaycan mason lojalarından birinin rəhbəridir. Və onun bu şəbəkədə əsas himayədarı kimi "AST Telman”ın (Telman İsmayılov) adı çəkilməkdədir. Mənbələr idida edir ki, həm də yaxın dost olan bu iki şəxs Azərbaycanda ilk olaraq masonçuluğun təşkilatlanmasına və şəbəkələşməsinə dəstək verən simalardır"
 
İlqar Atabəyli
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR