“DəmirBank”dan 3 milyon dollar yoxa çıxdı

“DəmirBank”dan 3 milyon dollar yoxa çıxdı
"DəmirBank”dan 3 milyon dollar oğurlanıb. Sfera.az xəbər verir ki, bu barədə fins.az bank mənbələrindən məlumat əldə edib.

Məlumatlara görə, bu həcmdə vəsait ayrı-ayrı hesablardan yoxa çıxıb. Belə ki, bank hesablarını araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb. Dərhal araşdırmalara başlanılıb və məlum olub ki, vəsaitlər xakkerlər tərəfindən oğurlanıb. Hazırda bununla bağlı bankda araşdırmalar aparılır.

Sayt faktla bağlı "DəmirBank”ın Marketinq direktoru Anar Bayramovla əlaqə saxlayıb. O, bununla bağlı informasiyaya malik olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR