Demba Ba \"Beşiktaş\" qarşısında şərt qoydu
20:35 / 24.05.2018
2659
"Beşiktaş" Demba Banı geri qaytarmaq istəyir.
Sfera.Az xəbər verir ki, ötən mövsüm "Göztəpə"də icarədə oynayan 32 yaşlı forvard Türkiyə Superliqaısnda mövsümün son matçından sonra "Beşiktaş" rəsmisi Ahmet Nur Çebi ilə görüşəcəyini bildirmişdi. Seneqallı futbolçuya "Şanxay Şenhua"dan da əlverişli təklif gəlib.
Ona 2 illik müqavilə, 4 milyon avro məvacib təklif olunub. Ba bunu rəhbər tutaraq "qara qartallar"dan 3 milyon avro illik məvacib istəyir.Demba Ba 2014-cü ildə 6 milyon avroya "Çelsi"dən "Beşiktaş"a keçmişdi. 2015-ci ildə 13 milyon avro qarşılığında "Şanxay Şenhua" klubuna keçən futbolçu daha sonra Türkiyə Superliqasına qayıtmış və "Beşiktaş"da icarədə oynamışdı./goal.az