Dəm qazı Bakıda daha bir can aldı
13:15 / 18.01.2020
2388
Bakıda ölüm hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb.
Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)