Dekabrda dolların bahalaşacağı dəqiqləşir

Dekabrda dolların bahalaşacağı dəqiqləşir

ABŞ Mərkəzi Bankının (FED) Çikaqo şöbəsinin rəhbəri Çarlz Evans faizləri artırmaq üçün inflyasiyanın irəliləyişinin əsas götürülməli olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, Evans Çikaqoda çıxışında FED-in inflyasiya hədəfinə çatmaq üçün faizləri aşağı saxlamaq məcburiyyətində qalacağına işarə edib: "FED davamlı qiymət sabitliyinə (2%-lik inflyasiyaya) gecikmədən çatmaq üçün əzmkarlıq göstərməlidir”.

O bildirib ki, faiz artımları inflyasiyanın yüksəlməsinə görə nizamlanmalıdır. Evans eyni zamanda qısamüddətli iqtisadi mənzərənin nisbətən yaxşı olduğunu da dilə gətirib.

FED-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard faizlərə dair açıqlamasında "Hələlik bir dəfə faiz artımına ehtiyac var”, - deyə bildirib. Bullard qarşıdakı 2-3 ildə faiz nisbətlərinin aşağı qalacağını deyib. ABŞ xəzinə istiqraz vərəqələrinin faizlərinin çox aşağı olduğunu və yaxın zamanda qalxacağını düşünmədiyini bildirən Bullard inflyasiyanın 2% səviyyəsinə çatacağını qeyd edib.

Bullard faiz artımının zamanla əlaqədar olmasına dair açıqlama verməyib. Müddətli müqavilələr bu il faiz artımı ehtimalını 71% göstərir.

 Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...