Dəhşətli TERROR — Ölənlərin sayı 70-ə çatdı/YENİLƏNİB

Dəhşətli TERROR — Ölənlərin sayı 70-ə çatdı/YENİLƏNİB
 Əfqanıstanda dəhşətli terror aktı törədilib.

Ölənlərin sayı 70-ə çatıb. Əfqan mətbuatı bildirir ki, Mayvand rayonundakı hərbi bazaya hücum zamanı terrorçular minalanmış iki zirehlı maşından istifadə ediblər. Maşınlar partladıldıqdan sonra atışma başlayıb. Hücuma görə məsuliyyəti Taliban qruplaşması öz boynuna götürüb.

13:31

Əfqanıstanda dəhşətli terror aktı törədilib.

Qəndəhar vilayətində hərbi baza yaxınlığı qan gölünə çevrilib. İki kamikadze terrorçu hərbi baza yaxınlığında minalanmış avtomobili göyə sovurublar. 

İnsident nəticəsində ən azı 40 hərbçi həlak olub. "TOLO" kanalı bildirir ki, terror aktı Meyvand rayonunda törədilib. Hücuma görə hələ ki, heç bir qruplaşma məsuliyyəti öz boynuna götürməyib.

mənbə: olke.az

OXŞAR XƏBƏRLƏR