Maraqlı

Dəhşətli qəzaya düşən gəncin həyatını “İphone”nin “siri”si qurtardı

Dəhşətli qəzaya düşən gəncin həyatını “İphone”nin “siri”si qurtardı
Amerika Birləşmiş Ştatlarında buz bağlamış gölə düşən gəncin həyatını İphone telefonlarına məxsus Siri qurtarıb.


AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da 18 yaşlı Gael Salcedo avtomobil idarəetməsini itirib. Buzlamış yolda hərəkət edən avtomobil gölə düşüb. Ayıldığında hər yerin su olduğunu görən oğlan Winnebago gölünə düşdüyünü anlayıb.


Gael Salcedo hadisədən sonra deyib: "Harada olduğumu, hara getdiyimi bilmirdim. Düşündüyüm tək şey artıq ölümə doğru getdiyim idi”


Gən oğlan ilk olaraq maşının pəncərələrini açaraq qışqırsada səsini eşidən olmayıb. Telefonunu tapmayan gəncin ağlına Sirini səsləmək gəlib. O, Siri 911-ə zəng et deyə qışqırıb və hadisə yerinə xilasedicilər gəliblər.


Hadisə yerinə gələnlər gəncin həyatını xilas ediblər. Salcedo xəstəxanaya aparılaraq bir neçə saatlıq müayinədən sonra evə buraxılıb.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031