Dəhşətli qəzadan sonra: Bakı-Sumqayıt yolunda reydlər başladı - VİDEO

Dəhşətli qəzadan sonra: Bakı-Sumqayıt yolunda reydlər başladı -  VİDEO

Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasından sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həmin yolda reydlərə başlayıb.

 

"Report"un reyddə iştirak edən əməkdaşı xəbər verir ki, reyd qanunsuz olaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, xətdən kənar, lisenziya və müvafiq sənədlər olmadan idarə olunan avtobus və mikroavtobus sürücülərinə qarşı keçirilib. Reyd zamanı 10-a yaxın sürücü cərimələnib və qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar cərimə meydançasına aparılırb.

 

Reyd zamanı qaydaları pozan və əmrə tabe olmayan, müvafiq sənədlər təqdim etməyən sürücülərlə DANX və BDYPİ əməkdaşları arasında mübahisələr də düşüb. Onlar Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən polis şöbəsinə aparılıb. 

 

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 8 saylı regional ərazi idarəsinin böyük məsləhətçisi Vüqar Nuriyev "Report"a bildirib ki, Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı nazirlik heç bir məsuliyyət daşımır. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunda qəzaya düşən mikroavtobusun Nəqliyyat Nazirliyinə heç bir aidiyyəti yoxdur: "Qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurmuş. Mən Sumqayıt sakinlərinə səslənirəm ki, xətdən kənar, qanunsuz fəalliyyət göstərən mikroavtobuslara minməsinlər. Çünki onlar lisenziya almadan, sənədsiz, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Nəticədə də bu kimi qəza halları baş verir, insanlar həyatını itirir, yaralanır".


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...