Dəhşətli qəzada ölənlərdən biri BDU-nun tələbəsi olub - VİDEO - FOTO

Dəhşətli qəzada ölənlərdən biri BDU-nun tələbəsi olub - VİDEO - FOTO
 Bu gün səhər Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağir yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, Masallı sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi mikroavtobus hərəkətdə olarkən 57 yaşlı Bakı sakini Natiq Əliyevin idarə etdiyi avtokranla toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Şəbnəm Musayeva və 18 yaşli Asif Qardaşov aldıqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

XXX

Xəbər verdiyimiz kimi, bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəzada ölənlərdən biri 18 yaşlı Asif Vaqif oğlu Qardaşov BDU-nin tələbəsi olub. Mərhum 1-ci kursda oxuyurmuş.

Bu barədə Jurnalistika fakultəsinin dekanı Əliyev Vüqar bildirib.
 
]
 


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...