Dəhşətli qəzada ölən tələbələrin sayı 6-ya çatdı - Lalə komadan ayılmadı - YENİLƏNİB - FOTO

Dəhşətli qəzada ölən tələbələrin sayı 6-ya çatdı - Lalə komadan ayılmadı - YENİLƏNİB - FOTO

10:30

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alaraq ağır yaralanan 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə bu gün səhər səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olan L.Nəsizadənin ölümü ilə həmin qəzada ölənlərin sayı 6 nəfərə çatıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev Trend-ə bildirib ki, xəstəxanaya daxil olan 18 nəfərdən 5-i hazırda müalicəsini davam etdirir. Onların vəziyyəti kafi qiymətləndiririlir. Həmin xəstələr yaxın günlərdə evə buraxılacaq.

E.Quliyev qeyd edib ki, qəzada yaralananlardan 2 nəfəri dünən Kliniki Tibbi Mərkəzə cərrahiyyə əməliyyatı olunması üçün köçürülüb. Həmin şəxslərin çənə nahiyəsi zədəli olub. E.Quliyev həmin şəxslərin də vəziyyətinin kafi olduğunu söyləyib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən digər şəxslər evə buraxılıblar.

Qeyd edək ki, martın 9-da səhər saatlarında baş verən qəza nəticəsində 6 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb.

----------

 

09:29

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən daha biri ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib.

L.Nəsirzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, L.Nəsirzadə Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.
Xatırladaq ki, qəza baş verən gün, martın 9-da Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova dünyasını dəyişiblər.


OXŞAR XƏBƏRLƏR

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...