“Dəhşətə gəldim” - Ermənilərə satılan qadın Xoşqədəmin verilişində görün nələr danışdı - Video

“Dəhşətə gəldim” - Ermənilərə satılan qadın Xoşqədəmin verilişində görün nələr danışdı - Video
 Anadan olanda xəstəxana işçiləri tərəfindən ermənilərə satılan azərbaycanlı  qadın illər sonra anasının axtarışına çıxıb. 
 
Sfera.az xəbər verir ki, 1988-ci ildə satılan qadın Xoşqədəm Hidayətqızının  "Səni axtarıram” verilişinə üz tutaraq başına gələnləri danışıb:
 

"Həkimin köməkliyi ilə bir gün içərisində sənədlərim düzəldilib və İrəvana aparılmışam. Əsl həqiqətlərlə üz-üzə qalanda dəhşətə gəldim. Görəsən, mənim doğma valideynlərim kimdir? Anama da doğma valideynlərim haqda heçnə deməyiblər. Sadəcə onu inandırıblar ki, bu hadisə ömürlük hiss olaraq qalacaq. Bu hadisədən sonra bütün instansiyalara məktub yazdım. Anam təkidlə məni inandırmağa çalışırdı ki, mütləq bir gün onu tapacaq və biz bir gün mütləq görüşəcəyik.  

Sonradan başa düşdümki, bütün bunların hamısı sadəcə boş ümidlər imiş. Onların sadəcə bir məqsədi var idi: Məni erməni olduğuma inandırmaq. Mən isə heç cür bunu qəbul edə bilmirdim. Baxmayaraq ki, bütün millətlərə hörmətim var, amma nədənsə bu ölkədə özümü yad hesab edirdim. 

Orta məktəbi bitirdikdən sonra valideynlərimin təkidi ilə İrəvanda universitetə daxil oldum. Məcbur qalıb Dağlıq Qarabağda yaşayan şagirdlərəerməni dilindən dərs dedim. Erməni oğlanla ailə qurdum. İki övladım var. Amma bir müddət sonra orada yaşaya bilməyəcəyimi başa düşüb, Ermənistanı tərk etdim. Xaricə köçdüm, özümə çoxlu azərbaycanlı dost tapdım. Onarın əhatəsində özümü çox yaxşı hiss edirəm. Sizin verilişiniz haqqında məlumatı da elə onlar verdilər. İnanıramki, sizin verilişiniz vasitəsilə bioloji valideynlərimi tapacağam. Ən böyük arzum isə anamı tapmaq, ona sarılmaq, sənin balan ölməyib, bu illər ərzində sən aldanaraq yaşamısan  deməkdir”. 

Həmi görüntüləri təqdim edirik: (yeni sabah)

 



OXŞAR XƏBƏRLƏR