\"Dedilər ki, Fateh balıqdan zəhərlənib\" - Müəllimi DANIŞDI

\
Bakıda zəhərlənmədən ölən 10 yaşlı Fatehin sinif rəhbəri danışıb.


Bülbül adına Orta İxtisas Musiqi Məktəbində Mərdanlı Fateh Murad oğlunun sinif rəhbəri olan Gülnarə Mütəllimova Unikal.org-a açıqlamasında bildirib ki, dünyasını dəyişən uşaq bu il imtahanla onların məktəbinə qəbul olmuşdu:

"Çox yaxşı, ağıllı, sakit, tərbiyəli,bilikli və ən əsası isə səsi gözəl olan tələbə idi. Çox yaxşı muğam ifa edirdi. Anası hər diqiqə onunla maraqlanırdı. Bu gün onun sinfində olan 14 nəfər uşaq Fatehin ölüm xəbərini eşidib, hönkür-hönkür ağlayırlar. Onu da deyim ki, "Bayraq günü" ilə bağlı təşkil edilən konsert proqrmında çıxış elədi. Ailəsi çox sevincli idi. Öz yaşıdları səviyyəsində səsi yerində olan uşaq idi".


Gülnarə müəllim həmçinin qeyd edib ki, uşağın yaxınları ilə bu gün əlaqə saxlayıb: "Mənə bildirdilər ki, Keşlədə marketlərin birində valideyinləri balıq alıb. Balığı yedikdən sonra ailə zəhərlənib. Nəticədə Fateh dünyasını dəyişib”.



Qeyd edək ki, zəhərlənərək ölən 10 yaşlı Fatehlə bağlı Qida Təhülkəsizliyi Agentliyi məlumat yayıb. Bildirib ki, Fateh Mərdanlı qidadan deyil, dəm qazından zəhərlənərək dünyasını dəyişib.
 

OXŞAR XƏBƏRLƏR

ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycana GƏLDİ

Milli Məclisin (MM) Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir q...

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublik...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...