Dayə uşağı döydü, valideyn hadisəni çəkən şəxsi məhkəməyə verdi

Dayə uşağı döydü, valideyn hadisəni çəkən şəxsi məhkəməyə verdi
Sosial şəbəkələrdə uşağın küçədə dayəsi tərəfindən döyüldüyü iddia edilən video yayılıb. Hadisə zamanı dayə həmin videonu çəkən şəxsə öz iradını bildirir. Bu zaman arabada əyləşən azyaşlı da ağlamağa başlayır. 

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, video ictimailəşəndən sonra özünü uşağın anası kimi təqdim edən şəxs görüntüləri paylaşan səhifələrdən birinə müraciət edərək bundan xəbərdar olduğunu bildirib. Yayılan səs yazılarında həmin qadın övladının idarəolunmaz olduğunu, dayənin də buna görə onu döydüyünü deyib. Dolayısı ilə döyülməyə haqq qazandıran şəxs və ümumi video ilə bağlı Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik.

Komitənin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirdi ki, video yayıldıqdan sonra hadisə komitə tərəfindən araşdırılıb: "Həmin ailə ötən gün komitəyə dəvət  olundu. Ana İlahə Xəlilova, ata Anar Xəlilov və dayə Çiçək Cəlilova ilə fərdi söhbətlər aparıldı. Ana uşağının autizm xəstəliyinin olmadığını da söhbət zamanı qeyd edib. Ailə videonu yayan şəxsdən şikayətçidir və bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Eyni zamanda qeyd etdilər ki, uşaqla həmişə yaxşı davranılır. Dayə ilə də fərdi söhbət apardıq. O bildirdi ki, illərdir həmin uşağa baxır və öz qohumudur.  Araşdırma zamanı da uşağın üzərində heç bir döyülmə faktına rast gəlinmədi”.

Sözügedən video ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, məsələdən məlumatlıdırlar. Hazırda DİN-də də hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, videonu çəkən qadın bildirib ki, hadisə Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Onun sözlərinə görə, 3-4 yaşlı oğlan uşaq arabasından düşüb gəzmək istəsə də, dayə buna icazə verməyib. Qadın müdaxilə etmək istəyən zaman isə dayə uşağı döydüyü oyuncaq vasitəsilə onu da vurub.






OXŞAR XƏBƏRLƏR

ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq

Çempionlar Liqasının 2024/25 mövsümündə A seriyasının beş klubu iştirak edəcək.   Sfera.az xəbər verir ki, bu, ötən gecə Avropa Liqasının 1/4 fi...

Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfirini qəbul etdi - FOTO

Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osmanı ölkəmi...

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...