\"Dayan daa... 7 aylıqsan?\" - Hacıbala Abutalıbovun yeni səsyazısı (AUDİOYAZI)

\

Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində iki il ötür. Məlumat üçün bildirək ki, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət almışdı. Bu hadisədə təqsirkar, bir sıra məmurlarla yanaşı, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da ittiham edilirdi.

 

Həmin qeyddə şəhər meri baş verən hadisədən dərindən üzüldüyü və bu hadisənin onun yaddaşında ömrünün sonunadək faciə kimi qalacağını deyib.

H.Abutalıbov bu hadisə ilə bağlı neqativ məqamları qabardan jurnalistləri də qınayıb. O, fikrini belə izah edib: "Oturursunuz, pisləri axtarırsız. İnsan pislikləri axtarmaz. İnsan yaxşını axtarar. Hadisəyə gəlincə, mənim qanım illər keçsə də, yenə qara olacaq. Çünki hadisə zamanı dünyasını dəyişənləri mən qaytara bilməyəcəm. Gəlin, jurnalistlərlə birgə ölənlərə rəhmət diləyək və səbr edək. Burada dünyasını dəyişənlər öz vətəndaşımız, oğlumuz, qızımız, anamızdır. Bu gün heç olmasa, pis sözlər danışmayaq. Çünki ölənlərin ruhu bizlərlədir. Nə qədər ürək yumşaqlığı ilə danışaq, onların ruhunu dincəlməyə icazə verək”.

H.Abutalıbov onun sözünü kəsən gənc qızın ünvanına da tənqidi ifadələr səsləndirib: "Dayan daa…Səbr elə. Siz 7 aylıqsız? Gənc qız hadisə ilə bağlı səbr edə bilmədiyini dilə gətirərək şəhər merinə cavab verib.


Abutalıbov isə cavab olaraq belə deyib: "Ona görə ki, sən 7 aylıqsan”.

 

Sfera.az Unikal.org-a istinadla hadisə ilə bağlı Hacıbala Abutalıbovun indiyə qədər heç yerdə yayılmayan səs yazısını oxuculara təqdim edir:


 


OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...