Daxili kreditlə mənzil alarkən diqqətli olun! – VİDEO

Daxili kreditlə mənzil alarkən diqqətli olun! – VİDEO

 

Ekspertlərin bu yolla ev alanlara riskdən yayınmaq üçün tövsiyələri var.

Bina evlərini bir çoxları ipoteka ilə əldə etməyə üstünlük verir. Ancaq hazırda yeni inşa edilən binalardan mənzil almağın daha geniş yayılan üsulu daxili kreditlə mənzil almaqdır. Yəni, vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayır və pulu banka yox, tikinti şirkətlərinin özünə ödəyirlər. Ekspertlərin bu yolla ev alanlara riskdən yayınmaq üçün tövsiyələri var.

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni inşa edilən binalardan vətəndaşlar əksər hallarda daxili kreditlə ev alırlar. Ancaq bu zaman tikinti şirkəti ilə vətəndaşın sövdələşməsi heç də həmişə yaxşı sonluqla bitmir.

Belə problemlər isə tikinti şirkətlərinin daxili kreditinin nə qədər etibarlı olduğu məsələsini gündəmə gətirir. Vətəndaş bu kreditlərin etibarlılığına necə əmin olmalıdır?

Ekspert Ruslan Atakişiyev bildirir ki, vətəndaşlar daxili kreditlə mənzil alarkən sonda çətin vəziyyətdə qalmamaq üçün bəzi nüanslara xüsusi diqqət yetirməlidirlər.

Ekspert bildirir ki, bir çox tikinti şirkəti möhürlü qəbzlərlə, maliyyə sənədləri ilə müştəriləri aldadıb asanlıqla onların pullarını mənimsəyə bilər. Buna görə maliyyə sənədləri ilə yanaşı, vergi sənədlərinin də yoxlanılması və tələb edilməsi sizi gələcək risklərdən sığortalaya bilər.



OXŞAR XƏBƏRLƏR

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...