Daxili İşlər Nazirliyi Qarabağ Dirçəliş Fonduna ianə etdi - 200 000 manat
11:11 / 16.05.2022
1219
İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 AZN (iki yüz min) məbləğində ianə edilib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu. Azərbaycan dövlətinin tarixində əbədi qalacaq bu Qələbə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı. Həmvətənlərimizin etdiyi ianələr işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtması prosesini sürətləndirməyə imkan yaradacaq.
Siz də ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilərsiniz.