Daxili işlər naziri Əkrəm İmamoğlunu işdən çıxarmağa hazırlaşır?
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunu yenidən hədəfə alıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazir Əkrəm İmamoğlunun ondan əvvəlki bələdiyyə başqanının dövründə bələdiyyə üçün ehtiyac olmadığı halda kirayələnən yüzlərlə avtomobili Yenikapı meydanına yığıb israfçılığın bariz nümunəsi kimi xalqa nümayiş etdirmək təlimatından qəzəblənib.
"Bələdiyyə işi şou deyil. Bu məsələ (israfçılıq) deyilir və araşdırılır. Əgər belə israfçılıq olubsa əlaqədar nazirliyə deyilməlidir. Amma deyilməyib. Avtomobillər büdcəyə zərər vuracaq şəkildə nümayiş etdirilməkdədir”,-Soylu bildirib.
Bundan əvvəl Süleyman Soylu İmamoğlunu kürdlərin partiyası HDP-dən olan , martın 31-də keçirilmiş bələdiyyə seçkilərində seçilmiş, lakin daha sonra daxili işlər nazirinin əmri ilə vəzifələrindən uzaqlaşdırılıb yerinə qəyyum təyin edilən iki bələdiyyə başqanına dəstək olaraq onlarla görüşməsinə qəzəblənmişdi. Soylu demişdi ki, bu hərəkətinə görə İmamoğlunu "pərişan edər”.
İndi nazir İmamoğluna qarşı hücumları davam etdirərək onu "xidmətdən çəkilməkdə” günahlandırıb. "Əgər bunlar xidmətə yararlı deyillərsə bizim tərəfdən atılması lazım olan addım bəllidir. İctimai zərər hesabına nəsə edirlərsə bu da bizim məsuliyyətimiz çərçivəsindədir, araşdırarıq”,-Soylu deyib.
Jurnalistlərdən biri nazirdən bu xəbərdarlığın nə məna verdiyini dəqiqləşdirməyə çalışıb: "İmamoğlu başqa işlərlə məşğul olarsa onu pəjmürdə edərik dediniz. İstanbula qəyyum atanacaq?”.
"Onu bazar ertəsi açıqlayacam”,-Süleyman Soylu bildirib.
Qeyd edək ki, martın 31-də keçirilmiş seçkilərdə İmamoğlu rəqibi Binəli Yıldırıma 16 minə yaxın səs fərqi ilə qalib gəlib bələdiyyə başqanı mandatını alsa da bir neçə həftə sonra Yüksək Seçki Komissiyası nəticələri ləğv edib təkrar seçkilər təyin etdi. Lakin bu dəfə İmamoğlu Yıldırıma 800 mindən çox səs fərqi ilə qalib gəldi.
virtualaz.org