Daxili bazar araşdırması nədir? - VİDEO

Daxili bazar araşdırması nədir? - VİDEO

Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası" təsdiq edilib.

Bu qaydaya uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müraciəti əsasında müvafiq sahə üzrə daxili bazar araşdırmasının aparılması üçün KOB-lara informasiya və maliyyə dəstəyi göstərilir.

Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə isə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədərdir. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz təlim və seminarlarda iştirak etməklə, müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalanır.

Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirlərinin təşkili Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.

Daxili bazar araşdırmasının aparılması üçün sahibkar əvvəlcə KOBİA-nın www.smb.gov.az saytındakı nümunəvi ərizə formasını dolduraraq Agentliyə müraciət etməlidir. Sahibkarın müraciəti KOBİA-da yaradılmış İşçi Qrupu tərəfindən dəyərləndirilir və barəsində müsbət qərar qəbul olunmuş daxili bazar araşdırmasının aparılması üçün "Dövlət satınalmaları haqqında" Qanununa uyğun olaraq bu sahədə ixtisaslaşmış məsləhətçi şirkətlərə sifariş verilir. Daxili bazar araşdırması hazır olduqdan sonra Agentlik hesabatı qiymətləndirir və sahibkara təqdim edir.


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...