Davudoğlu Ərdoğanı tənqid etdi

Davudoğlu Ərdoğanı tənqid etdi
 

Yeni partiya quracağı iddia edilən keçmiş baş nazir Əhməd Davudoğlu İngiltərənin "Financial Times" qəzetinə müsahibə verib. 

Unikal.org xəbər verir ki, Ədirnə Həbsxanasında saxlanılan Səlahəddin Demirtaşla bağlı bir suala cavab verən Davudoğlu "Mən istefa verdikdən 6 ay sonra həbs olundu. Bu qanuni bir müddətdir, edə biləcəyim heç nə yoxdur" deyib. 

AK Partiyanın bir zamanlar ədalət, azadlıq, düşüncə və ifadə azadlığına dəyər verdiyini söyləyən Davudoğlu, "Ancaq son üç ildə müşahidə etdiyim qədəriylə həyatımız boyunca hörmət duyduğumuz bu təməl dəyərlər görməzdən gəlinir" deyə bildirib. 

Davudoğlu, Prezident Hökumət sistemini də tənqid edərək ölkə başçısı və AK Partiya lideri  Rəcəb Tayyib Ərdoğanın əlindəki gücün Türkiyənin "təməl strukturlarına zərər verdiyini" və ölkədəki "siyasi təşkilatların zəyiflətfiyini " vurğulayıb. 

Davudoğlu hədəfinin Türkiyədə yeni bir siyasi iqlim yaratmaq olduğunu vurğulayıb: 

"Ehtiyacımız olan aydınlıq, şəffaflıq, azadlıq və qorxmadan danışa bilmə üzərində qurulmuş yeni bir psixologiyadır. Keçmiş baş nazir olaraq mən qorxsam vətəndaş danışa bilməz. Danışmaq və düşünməkdən qorxsan bir çarə tapılmaz".


OXŞAR XƏBƏRLƏR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...