Davos Forumu ölkəmizin dünyaya iqtisadi-siyasi inteqrasiyasını sürətləndirir - Ceyhun Əhmədli

Davos Forumu ölkəmizin dünyaya iqtisadi-siyasi inteqrasiyasını sürətləndirir - Ceyhun Əhmədli

Davos Forumu dünyanın həm iqtisadi, həm də ictimai-siyasi gündəminin müzakirə olunduğu ən mötəbər beynəlxalq platformalardan biridir. Dünyanın aparıcı dövlət və hökumət başçılarının, qlobal korporasiyaların, nüfuzlu beynəlxalq şirkətlərin, habelə beyin mərkəzlərinin iştirak etdiyi Forum dünyada gedən ümumi iqtisadi meyillər haqqında dolğun məlumat əldə etmək üçün geniş imkanlar açır.

Sfera.az xəbər verir ki, bunu trend-ə politoloq Cehyun Əhmədli deyib. Onun sözlərinə görə, Azərbaycan artıq 13 ildir ki, Davos Forumunda dövlət başçısı səviyyəsində iştirak edir: "Bunun özü ölkəmizə olan yüksək etimadın göstəricisidir. Bu platforma Azərbaycan reallıqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün unikal fürsətdir. İş adamları Azərbaycanda investorlar üçün mövcud olan əlverişli mühit haqda məlumatlandırılır. Ölkə başçısı dünyanın nüfuzlu transmilli şirkətlərinin rəhbərləri ilə görüşü zamanı ölkəmizdəki biznes mühitinin etibarlılığı və siyasi sabitlik haqda onlara məlumat verir.

Əlbəttə ki, həmin şirkətlər üçün bu kimi informasiyaları ölkənin birinci şəxsindən əldə etmək çox dəyərlidir. Bu isə son nəticədə Azərbaycana investisiya axınının artmasını təmin edir”.

Politoloqun fikrincə, forum ölkəmizin dünyaya iqtisadi-siyasi inteqrasiyasını sürətləndirir: "Reallaşdırdığı meqa layihələrlə regionun enerji xəritəsini yenidən cızan Azərbaycan bu platformada iştirak etməklə özünün beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirir. İkitərəfli və çoxtərəfli əməkdaşlıq üçün əlverişli imkan açılır. Azərbaycan qlobal problemlərin həlli prosesinə töhfə verməklə dünya birliyinin etibarlı üzvü kimi mövqeyini bərkidir.

Hesab edirəm ki, ölkəmizin Davos Forumunda uğurlu iştirakı mənfur Ermənistanın regional və qlobal blokadasını daha da daraldır. Azərbaycan dünya dövlətlərini özü ilə əməkdaşlığa cəlb etməklə həm də Ermənistanı həmin dövlətlərdən uzaqlaşdırır. Bu isə strateji hücum diplomatiyası adlanır. Ermənistanın ətrafındakı halqa daralır. Düşünürəm ki, blokada şəraiti düşmən ölkənin rəhbərliyini kompromisə getməyə vadar edəcək”.

Qeyd edək ki, bugündən İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu (WEF) işə başlayır. "Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılacaq. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.

Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, Əfqanıstan Prezidenti Əşrəf Qani, Avstriyanın Baş Naziri Sebastian Kurts, Kolumbiya Prezidenti İvan Duke, Finlandiyanın Baş Naziri Sanna Marin, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Niderlandın Baş Naziri Mark Rutte, Norveçin Baş Naziri Erna Sulberq, Pakistanın Baş Naziri İmran Xan, Ukrayna Prezidenti Vladimir Zelenski, BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...