Davamlı üşüməyin 4 səbəbi

Davamlı üşüməyin 4 səbəbi

1. İnfeksiya xəstəlikləri: Xüsusilə qış aylarında soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlaməti üşümə, titrəmə və istilik olur. Uyğun müalicə olmadıqda üşümə davamlılıq göstərə bilər. Bu səbəbdən də, həkim müayinəsi olduqca önəmlidir.

2. Qanazlığı: Üşüməyin bir başqa mühüm səbəbi isə cəmiyyətdə "anemiya" kimi tanınan qan azlığı xəstəliyidir. Əhəmiyyətli bir sağlamlıq problemi olan və olduqca sıx görülən qanazlığı qadınlarda daha tez-tez rast gəlinir. Bunun səbəbi isə yetərsiz qidalanma, qatı pəhriz tətbiq etmək, həddindən artıq qan itirmə və ya həzm sistemində baş verən problemlərdir.
3. Sinir sistemi xəstəlikləri: Sinir sistemi xəstəliklərində üşümə, hissiyatsızlıq və hərəkət pozğunluğu kimi əlamətlərin altında əzələ xəstəlikləri və ya multi skleroz kimi xəstəliklər ola bilər.
4. Dəri xəstəlikləri: Sfera.az deyerler.org-a istinadən bildirir ki, dəri xəstəliklərində qızartı, sulanma və kəpəklənmə kimi əlamətlərdən əvvəl üşümə, titrəmə və həssaslıq ilk əlamətlərdəndir. Bu əlamətlərə diqqət edərək, həkimə görünmək lazımdır, əks halda müalicə şansı azalıb, xəstəliyin irəliləməsi sürətli ola bilər.
ÜŞÜMƏMƏK ÜÇÜN BUNLARI MÜTLƏQ EDİN!
- Bədənin istilik itkisinin qarşısını almaq üçün nə çox nazik, nə də çox qalın geyinin. Bədən temperaturunu qoruyacaq şəkildə olan geyimlərə üstünlük verin.
- Qidalanmaya diqqət edin, yetərsiz və ya həddindən artıq kalori qəbul etməyin.
- İmmuniteti vitaminlərlə dəstəkləyin.
- İdman bədənin istilik tarazlığını qorumaq üçün olduqca mühümdür. Bu səbəblə qış mövsümündə də idman etməyi unutmayın.

Share Button

DİGƏR XƏBƏRLƏR