“Daşnaksütyun” Azərbaycanda 8 günlük ümumi iclasa başladı...
10:12 / 16.01.2019
2467
Yanvarın 16-dan 24-dək Azərbaycanın işğal altındakı Xankəndi şəhərində qatı millətçi "Daşnaksütyun” partiyasının 33-cü ümumi yığıncağı keçiriləcək.
Bu haqda Rusiyada nəşr edilən erməni saytları məlumat yayıb. Bu gün –yanvarın 16-ı saat 11-də qondarma separatçı-terrorçu rejimin qanunsuz "parlament”inin konfrans-zalında işə başlayacaq tədbirdə 30 ölkədən 100-dən çox partiya üzvü və qonaqlar iştirak edəcək. Görüşdə irqçi və terrorçu "Daşnaksütyun”un son 4 ildəki fəaliyyəti müzakirə ediləcək və gələcək fəaliyyət strategiyası müəyyənləşdiriləcək...Moderator