"Daşıyıcı şirkətlər başa düşməlidirlər ki, burada adi virus infeksiyasından söhbət getmir" - EKSPERT

 

Ölkəmizdə koronavirusun kütləvi şəkildə yayılmasının qarşı almaq məqsədilə profilaktik tədbirləin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyi də sərnişindaşıma ilə məşğul olan şirkətlərə müvafiq tapşırıqlar verib.

"MediaPost”a danışan yol-nəqliyyat eksperti İlqar Hüseynli paytaxtda sərnişindaşımada aparıcı rol oynayan avtobusların dezinfeksiyasının əhəmiyyətini vurğulayıb:

"Epidemiya o vaxt aradan qaldırılır ki, virus əleyhinə kütləvi tədbirlər həyata keçirilsin. Virusun uzunömürlülüyündən asılı olmayaraq dezinfeksiya məhsulları vasitəsilə onları öldürmək mümkündür. Koronavirus hava-damcı yolu ilə yayıldığına görə digər obyektlərlə yanaşı, ictimai nəqliyyatda da dezinfeksiya aparılması çox vacibdir. Daşıyıcı şirkətlər başa düşməlidirlər ki, burada adi virus infeksiyasından söhbət getmir. Lazımi profilaktik tədbirlərin həyata keçirilməsinə məsuliyyətlə yanaşmaq lazımdır”.

Ekspert dezinfeksiya işlərinin həyata keçirilməsi üçün daşıyıcı şirkətlərin texniki və fiziki imkanlarının yetərli səviyyədə olmasının vacibliyinə diqqət çəkib:

"Yəni bu məsələyə fövqəladə hal kimi yanaşmaq, prosesə çoxlu sayda insan cəlb etmək lazımdır. Daşıyıcı şirkətin içilərinin sayı azdırsa, dezinfeksiya işlərini qısa müddətdə başa çatdıra bilməz.

Dezinfeksiya işləri ilə məşğul olan xüsusi idarədəki işçilərin də sayı bu tədbirlər üçün kifayət etmirsə, müəssisələr və daşıyıcı şirkətlər xüsusi aparatlarla təmin oluna bilər. Bu aparatların təlimat qaydalarını başa salaraq avtobuslarda dezinfeksiya işlərini sürətləndirmək mümkündür. Əks halda bu tədbirləri qısa müddətdə həyata keçirmək olmayacaq”.


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...