Daşınmaz əmlak sərgisi keçiriləcək

Daşınmaz əmlak sərgisi keçiriləcək

 
Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo” və "Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 22-24 noyabr 2016-cı il tarixlərində baş tutacaq RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair mətbuat konfransı keçirilib.
Sfera.az "Qafqazinfo”a istinadən xəbər verir ki, konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.
Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, «Baku Expo Mərkəzi»ndə keçiriləcək RecExpo II Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və bu sahədə invesitisiya şirkətlərinin layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. Bildirilib ki, Sərgidə Azərbaycandan və xarici ölkələrdən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.
Mətbuat konfransında bu beynəlxalq Sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb.
Konfransda Sərginin digər təşkilatçıları olan "ElanExpo” və "Atılım Fuarcılık” şirkətlərinin nümayəndələri bildiriblər ki, iştirakçı siyahısına daşınmaz əmlakı sektorunun inkişafında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir.

DİGƏR XƏBƏRLƏR